Gəncədə üç nəfər bıçaqlandı

gencede-uc-nefer-bicaqlandi
Oxunma sayı: 2432

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. Həmin hadisə zamanı 1996-cı təvəllüdlü Babək Hacıağazadə və 1998-ci il təvəllüdlü Ələddin Əlizadə də bıçaq xəsarətləri alıb.

Hazırda hadisənin nədən və hansı şəraitdə baş verdiyi araşdırılır.

Yunis Quliyev