“İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq” - Pezeşkian

ilham-eliyevle-gorusumde-de-bu-oz-eksini-tapacaq
Oxunma sayı: 4762

“Çox şadam ki, siz buradasız və mən Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik”​.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

“Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkə xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq. Azərbaycana çox yaxşı arzularımız var”, - o qeyd edib.  

Pezeşkian vurğulayıb ki, Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur:

“İnşallah Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq. Biz keçmişdən çox yaxın qardaşlar olmuşuq. Bundan sonra da belə olacaq”.

“Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş gəlişlər töhfə verir. Buna görə də biz qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq”, - İran Prezidenti əlavə edib.

Daha ətraflı videoda: