Göygöldə yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Yeni Qızılca kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 35 yaşlı Röyal İmanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata görə, qəzaya səbəb avtomobilin yol kənarında olan arakəsməyə çırpılmasıdır.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev