Gözlərini savaşa açanlar... - Fotolar

gozlerini-savasa-acanlar
Oxunma sayı: 2024

Məlum olduğu kimi, bu gün səhər saatlarında İsrail və ABŞ ordusunun İrana qarşı başlatdığı “Operation Epic Fury” (Epik Qəzəb) və “Lion’s Roar” (Şirin nəriltisi) əməliyyatlarından dərhal sonra ABŞ Prezidenti Donald Tramp rəsmi Tehrana qarşı genişmiqyaslı hərbi müdaxilənin start götürdüyünü elan edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu addımı İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə atdıqlarını bildirərək, İranın raket sənayesini və donanmasını tamamilə məhv edəcəklərinə söz verib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə öz növbəsində qeyd edib ki, bu əməliyyat İran xalqının öz taleyini öz əlinə alması üçün tarixi bir şərait yaradır.

“Wall Street Journal” nəşrinin məlumatına görə, İsrailin raket zərbələri birbaşa ölkə rəhbərliyini və komanda mərkəzlərini hədəf alıb. Hazırda Tehranın Universitet küçəsi və Cümhuri rayonu, həmçinin atom elektrik stansiyasının yerləşdiyi Buşəhr liman şəhəri ağır atəşə tutulub. Partlayış səsləri eyni zamanda İsfahan, Qum, Kərəc, Kirmanşah, Təbriz və Lorestan əyalətlərində də qeydə alınıb.

Qeyd edək ki, müharibə artıq regionun digər ölkələrinə də sıçrayıb. Belə ki, rəsmi Tehran cavab olaraq təkcə İsraili deyil, həm də Bəhreyn, Küveyt, Qətər və BƏƏ-də yerləşən Amerika hərbi bazalarını ballistik raketlərlə vurub. İranın bu addımı nəticəsində Əbu-Dabi və Dubayda da güclü partlayışlar baş verib, bölgədə mülki uçuşlar dayandırılıb.

Dünya mediasının bu gün Yaxın Şərqdən lentə aldığı görüntüləri təqdim edirik:

Foto: İranın Hayfa körfəzinə zərbəsi

Foto: Tehran hava hücumundan sonra

Foto: Aşkelonda bunkerə sığınan insanlar

Foto: Bəhreynin paytaxtı Manamadakı ABŞ bazalarına endirilən zərbə

Foto: Qətərin paytaxtı Dohada insanlar İranın zərbələrini izləyirlər

Foto: Təl-Əvivdəki yeraltı dayanacaqda gizlənən insanlar

Foto: Tehrana hava hücumundan saniyələr sonra

Foto: Bəhreynin paytaxtı Manamaya hava hücumundan sonra

Foto: Tehran sakinləri hava hücumu zamanı

Foto: İranın hücumundan sonra Qüds

Foto: Tehranda hücum ərəfəsində tıxac

Foto: İsraildə körpünün altında hücumdan gizlənən insanlar

Foto: Hayfada uşaqları ilə sığınacağa qaçan ər-arvad

Hazırladı: Rəfi Müslümov