İsrail XİN Papa ilə bağlı paylaşdığı başsağlığını dərhal silib

israil-xin-papa-ile-bagli-paylasdigi-bassagligini-derhal-silib
Oxunma sayı: 3098

İsrail Xarici İşlər Nazirliyi Papa Fransiskin ölümü ilə bağlı rəsmi sosial media hesabından paylaşdığı başsağlığını dərhal silib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri yazıb.

Nəşr nazirliyin sosial şəbəkə hesabında yayımlanaraq silinən başsağlığının “skrinşot”unu da təqdim edib.

Xatırladaq ki, Roma Papası ötən gün səhər saatlarında iqamətgahında vəfat edib. Onun  komaya və ürək dayanmasına səbəb olan insultdan öldüyü bildirilir.