İstanbulda güclü külək dörd nəfərin həyatına son qoydu - Fotolar+Yenilənib

istanbulda-guclu-kulek-dord-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 2496

Türkiyənin bir çox hissəsində əsən güclü külək İstanbulda da fəsadlar törədib.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Esenyurtda küləyin uçurduğu dam iki nəfərin üzərinə düşüb və həmin şəxslərin ölümünə səbəb olub. Hadisə nəticəsində daha 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Bununla yanaşı, külək səbəbindən evlərin damları uçub, ağaclar aşıb.

İstanbulun Çatalca adlı hissəsində isə Saat Qülləsi küləyin təsirindən aşıb. Aşan qüllə parçalara ayrılıb. Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.

***

İstanbulda güclü külək nəticəsində ölənlərin sayı dördə çatıb. 19 nəfər yaralanıb.

***

Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, təbii fəlakət nəticəsində dörd nəfər ölüb, 38 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanlara çatdırılıb.