İstefası qəbul edildi

istefasi-qebul-edildi
Oxunma sayı: 2378

Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın müdafiə naziri Kim Yong-Hyun ölkədə hərbi vəziyyətin elan olunmasından sonra yaranan vəziyyətə görə vətəndaşlardan üzr istəyib və istefa verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, ölkə Prezidenti Yun Sok Yol nazirin istefasını qəbul edib.

Qeyd edək ki, Müdafiə Nazirliyi Kim Yong-Hyunun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə etdiyini təsdiq edib.