Beyləqan rayonunda kanalda batan şəxsin kimliyi məlum olub.
“Qafqazinfo”nun xəbərinə görə, kanalda batan şəxsin 2007-ci il təvəllüdlü Hüseynli Rəvanə Rəşad qızı olduğu müəyyənləşib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu Rəvanə Hüseynlinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlərini davam etdirir.
Hadisənin digər təfərrüatları araşdırılır.
***
Beyləqanda Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.
19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevanın nəşi hadisənin baş verdiyi ərazidən bir neçə kilometr aralıda, rayonun Türklər kəndi ərazisində polis əməkdaşları tərəfindən aşkar edilib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, R.Hümbətəliyeva Beyləqan rayonunun Dünyamalılar kənd sakini olub. O, bir müddət əvvəl ailə quraraq rayonun II Aşıqlı kəndinə köçüb.
Rəvanə Hümbətəliyevanın hansı şəraitdə suya düşməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər