Keçmiş baş həkimlə arvadı öldürüldü - Yenilənib

kecmis-bas-hekimle-arvadi-olduruldu
Oxunma sayı: 13545

Salyan rayonunda ər-arvad qətlə yetirilib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimbəyli kəndində baş verib.

Belə ki, saat 10:30-da 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

***

İsrafil Məmmədov 2021-ci ilədək Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin baş həkimi vəzifəsində çalışıb.