Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində gərginlik artıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarından sonra Kamal Kılıçdaroğlu CHP Baş Qərargah binasının boşaldılmasını istəyib.
Bunun ardınca partiya rəhbərləri və tərəfdarları Ankaradakı Baş Qərargaha çağırılıb.
Binanın ətrafında polis qüvvələrinin sayı artırılıb.
Məlumata görə, CHP deputatları və partiya rəhbərləri də Baş Qərargaha gələrək gözləməyə başlayıb.
Kılıçdaroğluna yaxın şəxslərin binaya doğru yürüş etməsi zamanı tərəflər arasında gərginlik və qarşıdurma yaşanıb.
CHP rəsmilərindən Ali Mahir Başarır açıqlamasında bəzi şəxslərin partiya binasına zorla daxil olmağa çalışdığını bildirib və tərəfdarları Baş Qərargaha sahib çıxmağa çağırıb.
Hazırda CHP Baş Qərargahının boşaldılması ilə bağlı qərarın rəsmi şəkildə təqdim olunacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər