Kılıçdaroğlunun bu fotosu müzakirələrə səbəb oldu

kilicdaroglunun-bu-fotosu-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 9512

Türkiyə müxalifətinin prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlunun foto çəkdirərkən namaz xalçasının üzərində durması müzakirələrə səbəb olub.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüləri izləyicilər sərt tənqid edib.

İftardan sonra çəkilən bu foto tənqid olunandan sonra Kılıçdaroğlu özünün sosial media hesabında namaz xalçasını görmədiyini bildirib və buna görə izləyicilərdən üzr istəyib.