Lavrov Türkiyədən Ermənistana getdi

lavrov-turkiyeden-ermenistana-getdi
Oxunma sayı: 1760

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana rəsmi səfər edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Lavrovun təyyarəsi paytaxtın “Zvarnots” hava limanına enib. 

Lavrov İrəvanda Qarabağa dair üçtərəfli bəyanatların icrasını müzakirə edəcək.

O, iyunun 9-u erməni həmkarı Ararat Mirzoyanla görüş keçirəcək. XİN rəhbərləri görüşdən sonra mətbuat konfransı keçirəcəklər.

Bununla yanaşı, Lavrov iyunun 10-u KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Rusiya XİN rəhbərinin İrəvanda ölkənin Baş naziri Nikol Paşinyan və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ilə də görüşəcəyi planlaşdırılır.

Xatırladaq ki, S. Lavrov Ermənistandan əvvəl Türkiyədə səfərdə olub.