Lənkəranda yaşayış evinə ildırım düşməsi yanğına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.
Belə ki, kənd sakini Şahan Hüseynova məxsus ikimərtəbəli evə ildırım düşüb. İldırımdan evdə yaranan yanğın sakinlər tərəfindən söndürülüb. Onların sözlərinə görə, əvvəl həyətdə dirəkdən başlayan yanğın sonra naqillə evə keçib.
Qeyd edək ki, hadisə baş verən zaman evdə kimsə olmayıb.
Surxay Şahbazov