Masallıda ana və körpəsi doğuş zamanı öldü - Yenilənib

masallida-ana-ve-korpesi-dogus-zamani-oldu
Oxunma sayı: 2485

Masallıda doğuş zamanı ana ölümü baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Doğuş zamanı körpə də vəfat edib.  

Doğuşda ölən Nərmin Mehbalıyevanın 4 azyaşlı övladı var.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aprelin 23-ü saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərarına alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəflətən pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 23-ü saat 03:26-da ölüm faktı qeydə alınıb.

Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır. 

Qeyd edək ki, ölümün birbaşa səbəbi yalnız məhkəmə-tibbi ekspertiza (təşrihin) nəticəsində mümkündür.