Xaçmazdakı qəzada yaralanan sürücü öldü - Oğlu, qayınanası və qayınatası xəsarət aldı-Yenilənib

xacmazdaki-qezada-yaralanan-surucu-oldu
Oxunma sayı: 4853

Xaçmazda minik avtomobili aşıb, yaralılar var.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Yaquboba kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə zamanı xəsarət alanların kimliyi məlum olub.

Onlar Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəllüdlü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.Həsənbəyov, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayevadır.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

***

Qəzada yaralanan 39 yaşlı sürücü Tərlan Həsənbəyov ötən gün xəstəxanada dünyasını dəyişib.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mayın 4-ü saat 17:40 radələrində Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər  (3-ü kişi, 1-i qadın cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Hazırda xəsarət alan 1965-ci il təvəllüdlü (qadın cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslərə zəruri tibbi yardım göstərilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. 

1962-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qusar rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxsin 19:20 radələrində ölüm faktı qeydə alınıb.

***

Qeyd edək ki, qəzada yaralanan şəxslər mərhum sürücünün oğlu, qayınanası və qayınatasıdır.

Mübariz Muradov