“MasterChef Türkiye” yarışmasının qalibi olan, “Qırmızı saqqal” ləqəbi ilə tanınan Eren Kaşıkçının evində ölü tapılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sarıyerdə tək yaşayan “Kızıl sakal”dan yaxınları bir müddətdir xəbər ala bilməyib.
Məlumata görə, yaxınlarının müraciətindən sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Bildirilib ki, ilkin araşdırmalardan sonra Eren Kaşıkçının meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün tibbi ekspertiza qurumuna göndərilib.
Bundan əlavə, hadisənin şübhəli ölüm kimi qiymətləndirildiyi və İstanbul Respublika Baş Prokurorluğu tərəfindən faktla bağlı araşdırmaya başlanıldığı qeyd olunub.


Son xəbərlər
Son Xəbərlər