Məktəbəqədər təhsildə alternativ modellərin tətbiqinə başlanılır

mektebeqeder-tehsilde-alternativ-modellerin-tetbiqine-baslanilir
Oxunma sayı: 1123

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindəndir.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur.

İlk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir.

Qeyd edilən proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb.  Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edir.

İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.