Natəvan Babayeva vəfat etdi

natevan-babayeva-vefat-etdi
Oxunma sayı: 18911

Azərbaycan jurnalistikasına ağır itki üz verib.

“Qafqazinfo”nun məlumatına görə, tanınmış aparıcı Natəvan Babayeva 46 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı onun yaxınları yayıb. Məlumata görə, o, ötən gün müalicə üçün getdiyi Türkiyədən geri qayıdıb.

Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, bir neçə gün əvvəl müalicə məqsədilə Türkiyəyə getsə də, iyulun 19-u Bakıya qayıdıb.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.

Allah rəhmət eləsin!