Nərimanovda Polis Günü münasibətilə tədbir keçirilib - Fotolar

nerimanovda-polis-gunu-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 3987

Nərimanov rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Hüquq-mühafizə orqanlarının Polis İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək polis əməkdaşlarını Polis Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxşahəli islahatlar çərçivəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəldilməsi üçün bütün lazımi tədbirlər görülür. Tədbirdə natiqlər ictimai asayişin və təhlükəsizliyin təmin olunmasından polisin uğurlu və əhəmiyyətli fəaliyyətindən danışmışlar.

Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı hədiyyələr və fəxri fərmanlarla təltif olundular.