Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 152 yanğına çıxış və 26 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 30 nəfər xilas edilib, subasma və yanğın zamanı ümumilikdə 35-i azyaşlı olmaqla 186 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.