Polis gücləndirilmiş rejimdə işləyir - Fotolar

polis-guclendirilmis-rejimde-isleyir
Oxunma sayı: 2957

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparır.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mövcud hava şəraiti ilə bağlı 102 Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib.

Vətəndaşların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.