Sabiq Baş nazir Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Qeyd edək ki, fevralın 26-da Artur Rasi-zadənin 90 yaşı tamam olacaq.