Putinlə görüşmək istəyir - Şərtləri danışacaq

putinle-gorusmek-isteyir
Oxunma sayı: 500

Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs şərtlərini müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda UNIAN məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, ABŞ-nin iştirakı ilə sülh danışıqları hər iki tərəf üçün arzuolunandır, lakin Vaşinqton nizamlanmada iştirakdan imtina edərsə, o, özü də Moskva ilə birbaşa danışıqlara getməyə hazırdır.

“Burada alternativ yoxdur. Ona görə də biz istənilən formatı dəstəkləyirik və mən bu müharibəyə son qoymaq üçün Putinlə birbaşa danışıqlara hazıram”, - deyə Zelenski bildirib.