Putinlə Makron Ukraynanı müzakirə etdilər

putinle-makron-ukraynani-muzakire-etdiler
Oxunma sayı: 787

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna ətrafında vəziyyət və Rusiya Federasiyasına uzunmüddətli, hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi davam etdirilib. Vladimir Putin bu problemlərə fundamental yanaşmaları bir daha ətraflı şəkildə qeyd edib”, - deyə məlumatda bildirilir. 
Bundan əlavə, liderlər telefonla gələcək təmaslar barədə razılığa gəliblər.