“Qarabağ” braziliyalı futbolçunu transfer etdi

qarabag-braziliyali-futbolcunu-transfer-etdi
Oxunma sayı: 952

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kiprin APOEL klubundan Dieqo Roşa heyətə cəlb olunub.

Futbolçu artıq Bakıdadır. O, tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacaq.

Qeyd edək ki, Dieqo Roşa 2019-cu ildə Braziliya U-17 millisi ilə dünya çempionu olub. O, turnirdə 5 qol vurub.

Elsevər Məmməd