Hazırda Misli Premyer Liqasının 21-ci turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam edən “Sumqayıt” – “Qəbələ” qarşılaşmasında gərgin anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, matçın start fitindən cəmi 2 dəqiqə sonra meydan sahibləri küncdən zərbə zamanı hesabı açmağa çox yaxın olublar.
Aleksa Yankoviçin küncdən ötürməsindən sonra “Sumqayıt”ın legioneri Ronaldo Vazkezin başla qapıya ünvanladığı təhlükəli zərbəni “qırmızı-qaralar”ın gənc qapıçısı Rza Cəfərov fantastik reaksiya ilə dəf edib. O, barmaqlarının ucu ilə topu qapının “doqquzluq” adlanan küncündən çıxararaq komandasını erkən qoldan xilas edib.
Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb (0:0).
Son xəbərlər
Son Xəbərlər