Çeçenistan rəhbəri Ramzan Kadırov hələ də Qroznıdadır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli internet resursları məlumat yayıb.
Belə ki, Kadırov Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşevlə görüş üçün zirehli “Mercedes”lə Qroznı hava limanına gəlib.
Qeyd edək ki, martın 13-də Kadırovun Ukraynada olması barədə məlumat yayılıb.
Hətta onun çeçen yaraqlılarının əhatəsində çəkilmiş videosu da yayılmışdı.
Ukrayna Daxili İşlər Nazirliyində Kadırovun ümumiyyətlə Ukraynaya gəlib-gəlməməsi barədə məlumat olmadığı bildirilirdi.
Son xəbərlər
Son Xəbərlər
