“Retro”dakı qətllə bağlı məhkəmə qapalı keçirilib - İntim məlumatlara görə...

retrodaki-qetlle-bagli-mehkeme-qapali-kecirilib
Oxunma sayı: 3387

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində istirahət mərkəzində sevgilisini öldürməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə baxış iclası baş tutub. İclasda mərhum K.Zalovanın anası Fəridə Zalovanın hüquqi varis kimi anket məlumatları dəqiqləşdirilib. E.Əhmədovun vəkili vəsatət verərək cinayət işində intim münasibətlərə dair məlumatlar olduğu üçün prosesin qapalı keçirilməsini istəyib.

Məhkəmə kollegiyası vəsatəti təmin edib, prosesin qapalı keçiriləcəyi bildirilib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən bu ilin yanvarın 15-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzində qətlə yetirilib. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

K.Zalovanın uzun müddət münasibətdə olduğu E.Əhmədovun 200 min manat pulunu mənimsədiyini bildirilir. İddiaya görə, qətl də bu səbəbdən baş verib.

Murad Əhməd