Rusiyada hərbi təyyarə qəzaya düşdü, 60-dan çox ukraynalı əsir öldü - Video

rusiyada-herbi-teyyare-qezaya-dusdu-60-dan-cox-ukraynali-esir-oldu
Oxunma sayı: 5352

Rusiyanın Belqorod vilayətində İl-76 tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqramda yazıb.

O bildirib ki, hadisə Koroçanski rayonunda baş verib.

KİV-in məlumatına görə, göyərtədə olan 63 nəfərin hamısı həyatını itirib.

***

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 74 nəfər həlak olub, ölənlərin 65-i ukraynalı əsirlərdir.

Onlar Belqorod vilayətinə mübadiləyə aparılırlarmış. Göyərtədə, həmçinin 6 ekipaj üzvü və 3 müşayiətçi olub.