Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb - Yenilənib - Video

rusiyada-sernisin-qatarinin-7-vaqonu-relsden-cixib
Oxunma sayı: 546

Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk-Moskva istiqamətində hərəkət edən sərnişin qatarının 7 vaqonu relsdən çıxıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bryandino stansiyası yaxınlığında qeydə alınıb.

Həmin ərazidə qatarların hərəkəti dayandırılıb. 

Hazırda yaralıların olub-olmaması barədə məlumat dəqiqləşdirilir.

***

Hadisə nəticəsində aralarında uşaq da olmaqla, 7 nəfər yaralanıb.