Səudiyyə Ərəbistanında son 30 ildə ilk dəfə qar yağıb.
“Qafqazinfo” xəbər verir ki, ölkənin şimal bölgələrində, xüsusilə Tabuk vilayətində yerləşən dağlıq ərazilər qarla örtülüb, temperatur isə bəzi yerlərdə 0 dərəcədən aşağı düşüb.
Məlumata görə, Cəbəl əl-Lavz dağında yerləşən və təxminən 2 600 metr yüksəklikdə olan Trojena ərazisində qar və zəif yağış qeydə alınıb. Hail bölgəsinin bəzi hissələrində, eləcə də, Ər-Riyadın şimalında yerləşən əl-Məcməə və əl-Qat şəhərlərində də qar müşahidə olunub.
Eyni zamanda, ölkənin bir sıra bölgələrində güclü yağışlar qeydə alınıb.
Rəsmilər sürücüləri ehtiyatlı olmağa, sel riski olan ərazilərdən uzaq durmağa çağırıblar.
Sosial şəbəkələrdə qarla örtülmüş səhra və dəvələrin görüntüləri yayılıb.



Son xəbərlər
Son Xəbərlər