Şəhriyar Rəhimov vəfat etdi

sehriyar-rehimov-vefat-etdi
Oxunma sayı: 14446

Azərbaycan futboluna itki üz verib.

“Qafqazinfo” Fanat.az-a istinadən xəbər verir ki, futbolçu Şəhriyar Rəhimov dünyasını dəyişib.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə gedibmiş. 

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.

34 yaşlı futbolçu "Səbail"dən başqa, Premyer Liqada "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarının forma geyib. O, Azərbaycan millisində 9 oyun keçirib.

***

Şəhriyar Rəhimovun xərçəngdən əziyyət çəkdiyi və karyerasını da bu səbəbdən bitirdiyi bildirilir.