Şəkidə avtomobillə motosiklet toqquşdu - Ölənlər var

sekide-avtomobille-motosiklet-toqqusdu
Oxunma sayı: 2105

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobillə motosiklet toqquşub. 

Nəticədə motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Natiq Abdullayev və sərnişini, 1978-ci il təvəllüdlü Mehman Camalov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mübariz Muradov