Şəkidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saat 02 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 23 yaşlı sərnişin Elçin Əhmədli hadisə yerində ölüb. Sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər