Sərhəddə görüş olacaq - Tarix açıqlandı

serhedde-gorus-olacaq
Oxunma sayı: 7517

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, XİN-in bu məsələ ilə bağlı yaydığı məlumatda deyilir: 

“Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycanla Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək”.

Xatırladaq ki, Ermənistan XİN noyabrın 30-u delimitasiya komitəsinin görüşünün keçiriləcəyi barədə məlumat yaymışdı.