İranda Ali Məhkəmənin üç hakiminə silahlı hücum edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.
Bildirilib ki, Tehranda silahlı hücum nəticəsində 2 hakim - Əli Razini və Məhəmməd Moqişeh ölüb, adı hələlik məlum olmayan digər hakim isə yaralanıb.
Hücumu törədən şəxs isə atışmadan sonra özünü öldürüb.