Telman İsmayılov tutuldu

telman-ismayilov-tutuldu
Oxunma sayı: 10662

Azərbaycanlı iş adamı Telman İsmayılov Monteneqroda (Çernoqoriya) saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Monteneqronun "Viesti" portalı məlumat yayıb. 

Qeyd edək ki, "Çerkizov bazarı"nın keçmiş sahibi olan İsmayılov Rusiyanın verdiyi beynəlxalq order əsasında saxlanılıb. Rusiyanın Monteneqrodakı səfirliyi İsmayılovun saxlanılması ilə bağlı rəsmi informasiya yaymayıb. 

Xatırladaq ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.