“Toppuş bacı” dünyasını dəyişdi

toppus-baci-dunyasini-deyisdi
Oxunma sayı: 16803

Əməkdar artist Tünzalə Əliyeva dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı məlumatı həyat yoldaşı verib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü ildə anadan olub. Aktrisa “Çal-çağır” şousundakı “Toppuş bacı” obrazı ilə məşhurlaşmış və sevilmişdi. O, son olaraq İrəvan Dövlət Dram Teatrında çalışırdı. Bir çox televiziya verilişlərinin aparıcısı olub, onlarla serial və filmdə rol alıb.

Allah rəhmət eləsin!

***

Əməkdar artist Tünzalə Əliyeva Bakıda dəfn olunacaq.

Bu barədə "Qafqazinfo"ya mərhumun bacısı Zülfiyyə Əliyeva deyib.

"Tünzalənin öz vəsiyyətinə görə, Bakı şəhərində dəfn olunacaq. Biz də yoldayıq gedirik Bakıya", - deyə Z.Əliyeva qeyd edib.