“Traktor” kuboku aldı, azarkeşlər belə qeyd etdi - Video

traktor-kuboku-aldi-azarkesler-bele-qeyd-etdi
Oxunma sayı: 2624

Xəbər verdiyimiz kimi, Təbrizin “Traktor” klubu İran çempionu olub.

“Qafqazinfo”nun məlumatına görə, “Qırmızı qurdlar” ötən gün çempionluq kubokuna və qızıl medallarına qovuşub.

Maraqlıdır ki, Təbriz təmsilçisi medallarını əzəli rəqibi “İstiqlal”ın meydanında alıb. Onlara qarşı keçirdiyi matçda 3:1 hesablı qələbə qazanan komanda daha sonra mükafatlarına qovuşub.

Komandanın kubok alması isə Təbrizdə böyük coşqu ilə qeyd edilib. Minlərlə insan küçələrə axışaraq çempionluğu bayram edib.

Həmin görüntüləri təqdim edirik: