Tramp Çinlə barışmaq istəyir

tramp-cinle-barismaq-isteyir
Oxunma sayı: 1967

“ABŞ Çinlə ticarət sazişi bağlamaq istəyir və onunla razılaşa biləcəyinə əmindir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp bildirib.

“Görək Çinlə işlər necə gedir. Biz razılaşmaq istərdik. Əminəm ki, biz əla anlaşacağıq. Mən Çin Sədri Si Cinpinə böyük hörmətlə yanaşıram, o, mənim uzun müddətdir dostumdur və inanıram ki, biz ölkələrimiz üçün yaxşı olacaq addımlar atacağıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ Çin mallarına rüsumları 145%-ə qaldırıb.