Misli Premyer Liqasının 2-ci turunda keçirilən “Turan Tovuz” - “Şamaxı” matçı hakimin qalmaqallı qərarı ilə yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 76-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Jorje Silva cərimə zərbəsindən fərqlənsə də, referi Rauf Cabbarov meydanın mərkəzini göstərməyib.
Epizodun təkrarında da topun qapı tirinə dəyərək xətti keçdiyi görünür. Lakin hakimlərin qərarı qalmaqala yol açıb. Bu epizod yerli azarkeşlərin etirazına səbəb olub.
Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər