Ukraynanın son sutkadakı itkiləri açıqlandı

ukraynanin-son-sutkadaki-itkileri-aciqlandi
Oxunma sayı: 2613

Ukrayna ordusu son 24 saat ərzində bütün istiqamətlərdə ölü və yaralı olmaqla ümumilikdə 1010-a qədər itki verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələri altı tank, beş piyada döyüş maşını, 20 maşın və üç M777 haubitsasını itirib. Yujnodonetsk istiqamətində taktiki vəziyyət yaxşılaşdırılıb. Rabotino bölgəsində Ukraynaya məxsus Mi-24 təyyarəsi, bir gün ərzində 98 Ukrayna pilotsuz uçuş aparatı vurulub”, - məlumatda qeyd edilib.