Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 1-dən 3-dək Misir Ərəb Respublikasında işgüzar səfərdə olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Prezident Administrasiyası yayıb.
Qeyd olunub ki, səfər Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə baş tutacaq. Xaçaturyan Qahirədə keçiriləcək Misir Milli Muzeyinin açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan Prezidentinin beynəlxalq tərəfdaşlarla bir sıra görüşləri də planlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər