Zaqatalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Qaz-3110” və motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, Əminov İsmayıl Məhəmməd oğlu dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov