Uşağım nə qızdır, nə də oğlan - Hermafroditzm

usagim-ne-qizdir-ne-de-oglan-hermafroditzm
Oxunma sayı: 10847

Bir neçə il öncə doğum evlərinin birində dünyaya hermafrodit körpə gətirən qadın az qala övladını öz əliylə öldürəcəkdi. Doğuşdan sonra bu qadının “nəyim oldu?” sualına cavab verəcək həkimlər də çaş-baş qalıblar. Ana cavabı duymayınca övladına baxmaq istəyib. Həkimlərin təkidinə baxmayaraq ana istədiyini edib, hermafrodit haqqında anlayışa sahib olmayan qadın övladını görcək dəliyə dönüb. Heç həkimlərin izahatını və təsəllisini dinləmədən körpəsinə iynə vurularaq öldürülməsini xahiş edib. Ana yəqin ki, övladına mavi yoxsa çəhrayı rəngdə paltar geyindirəcəyinin fikrini çəkib. Bu da lazımsız dəblərdən biri: mavi oğlana geyindirilir, çəhrayı qıza. Nə isə...Təəssüf ki, qeyd etdiyim hadisənin ardı və körpənin gələcəyi barədə məlumatım yoxdur. Fakt odur ki, bəzən dünyaya normaldan fərqli olaraq fiziki çatışmazlığı, qüsurlu olan insanlar gəlir. Onların arasında hermafrodit adlandırdığımız insanlar da var, bu barədə çoxu məlumatsızdır.

Hermafroditzm haradan gəlir?

Hermafrodit kəlməsi qədim Yunan mifologiyasından götürülüb. Yunanıstanda çoxallahlıq hökm sürdüyü zamanlarda Hermes (ticarət) və Afrodita(gözəllik) “allah”larının övladı meydana gəlir. Elə bu termin də iki “allah” in adının birləşməsini ifadə edir. Hermes və Afroditanın “övlad”ın bədənində həm qadın, həm də kişi xüsusiyyətlərini daşıyırdı. Hətta bizim dövrə qədər hermafrodit heykəllərin nümunələri gəlib çıxıb. Yunan mifologiyasında belə bir fikir də varmış: “İnsanlar nə vaxtsa ikicinsli olmuşlar. Bu səbəbdən qadın və kişi həmişə yarısını axtarır.”
Hermafrodit insanlar nə vaxtdan dünyaya gəlir? Sual bu gün də mübahisələrə səbəb olur. Halbuki Yunanıstanla yanaşı, Qədim Romanın yeraltında aşkarlanan xarabalıqlarında da hermafrodit heykəllərin tapılması bu mülahizəni həqiqətə çevirir.
Bu gün hermafrodit bütün canlılar arasında görünə bilər. Bitkilər, heyvanlar arasında da bu əlamətlə meydana gələnlər olur. Amma təbiətin və yaradanın bu “əsər”i çox da təəccb doğurmur. Ən ali canlı olan insanın hermafrodit kimi dünyaya gəlməsi isə onun gələcək həyatınında çoxlu problemlərlə qarşılaşması deməkdir.

Qohum evliliyi də dünyaya hermafrodit gətirə bilər

İnsanların hermafrodit kimi dünyaya gəlməsində tibb müxtəlif səbəblər, izahatlar gətirir. Bu səbəblər üzündən hamilə qadının bətnindəki döl dünyaya normal insan kimi gəlmir. Xüsusən, hamilə qadının doqquz ay ərzində hormonal dərmanlardan həddindən artıq istifadəsi, qadının hormonal pozğunluqlara malik olması bətndəki körpənin inkişafına mənfi təsir göstərir. Nəzərə alaq ki, günümüzdə hormonal dərman preparatlarin istehsalı sürətlənib. Elə həkimlərimiz də ağına-bozuna baxmadan xanımlarımıza bu dərmanları məsləhət görürlər.
Alimlər hermafroditzmdə genetik xüsusiyyətlərin, xəstəliklərin də rolunu təsdiqləyir. Qohum evliliklərinin çox olduğu bölgələrdə bu xüsusiyyətlə doğulan körpələr də tez-tez olur. Bu mütləq prinsip olmasa belə, hər halda ailə bu riski daşıyır.
Hermafroditlər özlüyündə bir neçə qrupa bölünürlər. Bəzən daxildən qadın orqanı olan hermafrodit xaricdən kişi orqanı ilə dünyaya gəlir. Yaxud əksinə vəziyyətlə doğulanlar interseksual hermafroditlər adlanır. Belə hermafroditlərin aşkarlanması da zaman alır, bəzən heç özləri də baş açmırlar. İlk dəfə bu barədə tibbi bilik 1916-cı ildə genetik Riçard Qoldsmit tərəfindən verilib. Diğər hermafroditlərdə isə qadın və kişi orqanları eyni bədəndə xaricdə yerləşir.

Dinimiz nə deyir?

Bəzi din adamları hermafrodit insanları “cin” adlandırırlar. Onların insan görünüşlü məxluq olduğunu deyirlər. Bir qisminə görə isə belə insanlar bu dünyaya artıq “günahkar” kimi gəlib, onlar əzabla yaşamağa məhkumdurlar. Hermafroditlər haqqında dinimizdə konkret hər hansı fikirlər deyilmir. Müqəddəs Qurani-Kərim surələrinə söykənən ilahiyyatçılar hermafroditlərin yaranışını belə izah edirlər. Dini ekspert İlham Rüstəmovun fikrincə, bütün canlıları Allah yaradıb, qüsurlu insanları təhqir, təcrid etmək, alçatmaq yaradana qarşı üsyandır. “İnsanın xarici görkəmi onun əməlinin məhsulu deyil, Allah tərəfindən onun yardılış şəklidir. Hemafroditlərə gəlincə, dinimizdə də kişinin qadının heyz zamanında(xüsusi günlərində) ona yaxınlaşması günah sayılır. Bu zaman qadın hamilə olacaqsa, onun dünyaya gətirəcəyi övlad ya fiziki qüsurlu, ruhi xəstə və ya hermafrodit olar. Xonsaların(hermafroditlərin) “cin” kimi qələmə verilməsi isə yanlış təsəvvürdür ki, buna da Quran ayələrinin hər hansı birində işarə olunmur. Xonsaların ibadətinin Allah tərəfindən qəbuluna gəlincə, bütün ibadətlər qəbul ediləndir. Bu insanın daxilindən gələn Allah sevgisidir.”

Hermafroditin yaşamaq savaşı

Hermafroditlər nadir doğumlarda dünyaya gəlsələr də, onların sonrakı həyatı, özünü dərketmə periodlarında çətinləşir. Bəziləri bu “sirr”ini ömrünün sonuna qədər gizləməli olur, ailə qurmaq arzusunu “dəfn edir”. Bəziləri ətrafın istehzaları ilə qarşılaşır, hamı tərəfindən təcrid olunur. Ailələr də çox zaman belə övladlarının yanında olmur, onların problemini öyrənib, həll etməyə cəhd etmirlər. Bəziləri isə oğlan görkəmində olan övladlarının qızlarla dostluq etməsini qınayır, yaxud əksinə vəziyyətdə onları danlayırlar. Bu ağır psixoloji vəziyyəti yaşayan hermafroditlər üçün geyimdə də problemlər yaranır. Oğlan kimi görünən amma qadın kimi geyinən, davrananlara isə “hemoseksual” damğası vurulur. Bu haqsızlıqla qarşılaşan insanlar bəzən həyatdan bezir, özünə qəsd edir. Amma müasir tibb vaxtında müalicə və əməliyyat olunan hermafroditin normala döndərə bilir. Azərbaycanda bu sahə boş olduğu üçün qonşumuz Türkiyənin təcrübəsinə baxaq. Türkiyədə hemafrodit doğulan uşaq dərhal həkimin nəzarətinə götürülür. Valideynlər psixoloji dəstək alır, övladının normala çevrilməsi üçün çalışır. Hermafrodit körpənin iki yaşına qədər cins seçimi xromosomlarının sayı tam araşdırıldıqdan sonra aparılır. Əgər xromosom sayı qadına( ya kişiyə) uyğundursa, əməliyyat da bu istiqamətdə aparılır. Ağır proses, mərhələli əməliyyatlar böyük həkim komandası tərəfindən aparılır. Bu əməliyyatın yetkinlik yaşında aparılması daha çətindir. Bu səbəbdən həkimlər erkən əməliyyatları məsləhət görürlər. Uğurlu olmayan, çətin əməliyyatlardan sonra hermafroditin gəlcəkdə ana və ya ata olması mümkün deyil.
Bu arada qeyd edim ki, çox adam bu əməliyyatların günah olduğunu deyir. Amma İran İslam Respublikasında belə dini lider Ə.Xomeyni zamanında bu məsələylə bağlı fətva çıxarılıb. Fətvaya görə, hermafroditliyi həkim tərəfindən təsdiqlənən insanlara əməliyyat üçün izn verilir. Belə şərtlər qoyulur: “Bu halda cins dəyişdirməyin məqsədi əsil cinsi aşkara çıxarmaqdır. Başqa məqsədlə edilən haramdır. Əməliyyatın sonu fəsadla bitmirsə, halal hesab olunur.”

Azərbaycanda bu əməliyyatı əcnəbilər edir

Azərbaycanda hermafrotizm kimi məsələ kölgədə qalır. Bu sahədə həkimlərin bilik səviyyəsi aşağı olması bir tərəfə, bəzən xəstələrini də məlumatlandırmağa da can çəkirlər. Azərbaycanda hermafroditlərin gələcəyi yalnız yerli təcrübəli həkimin verdiyi məsləhətdən asılıdır. Əməliyyata gəlincə, bizdə bu əməliyyatı apara bilən cərrahlar yoxdur. Cinsdəyişdirmə əməliyyatçısı kim tanınmış plastik cərrah Camal Əzimzadənin rəhbərlik etdiyi komanda isə yalnız istəyi ilə başqa cinsi qəbul edənlərin əməliyyatını( 8 nəfər) reallaşdırıb. Hermafrodit əməliyyatı isə əvvəldə də qeyd etdiyim kim çox ağır, təcrübə tələb edən prosesdir.
Ginekoloq Ramin Salahovun sözlərinə görə, hermafroditlərin qabaqcadan təsbit olunması da mümkündür. Qadının hamiləliyi dövründə yaxşı həkimin çəhdi, nəzarəti nəticəsində vaxtında hermafrodit döldən qurtulmaq olar. “ Bu zaman hamilənin məlumatlandırılması gərəkdir. Gələcəkdə qüsurlu körpənin dünyaya gəlməməsi üçün vaxtında hamiləliyin pozulması məsləhətlidir. Lakin hermafrodit dünyaya gətirənlərin də problemini həll etmək çətin deyil. Valideyn və həkimin birgə qərarı ilə xaricdən mütəxəsis dəvət olunub burada əməliyyatlar həyata keçirmək mümkündür.”

Hermafrodit məşhurlar

Dünyanın tanınmış hermafroditləri arasında Ledi Qaqa birinci sırada gəlir. Vaxtiylə oğlan görünüşlü(şəkildə) olan müğənni qadın olmaq arzusu ilə öz cinsinə çevrilib. Onun bir neçə əməliyyat keçirməsi barədə məlumatlar yayılıb.
Bu il Londunda keçirilən Oimpiya Oyunlarında iki qabaqcıl idmançının hermafrodit olduğu təsdiqləndi. Kaster( Şimali Afrika) Semenya, Santi Soundarajan (Hindistan) adlı idmançılar bu fikri özləri təsdiqləyiblər.

Türkiyənin məşhur müğənnisi Demet Akalının da hermafridit olması fikrini söyləyirlər.

Raminə Eyvazqızı