Azərbaycanlı model dünya ikincisi oldu - Fotolar + Video

azerbaycanli-model-dunya-ikincisi-oldu
Oxunma sayı: 6709

Ötən gün Türkiyədə “Best Model of World” model müsabiqəsinin final mərhələsi baş tutub.  “Qafqazinfo” xəbər verir ki, gecədə Azərbaycan təmsilçiləri də iştirak edib. 

Həmyerlimiz Şakir Əhmədzadə “1st Runner Up” titulunu qazanaraq dünya ikincisi, Cəmilə Qoluboviç isə beşliyə daxil olaraq “Best Grace” adının sahibi olub. 

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl Bakıda “Best model of Azerbaijan” müsabiqəsi baş tutmuşdu. Yarışmanın qalibi Aygül Səfərova “Best Model of World”a getməkdən imtina etmiş, bu səbəbdən onun birincilik titulu əlindən alınaraq Cəmilə Qoluboviçə verilmişdi. 

Xatırladaq ki, layihənin milli direktoru Aqil Məmiyevdir.