Baş prokuror Kamran Əliyev bu gün Bakı şəhəri Nizami Rayon Prokurorluğunun inzibati binasında Nizami rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qəbulda iştirak edən 29 nəfər vətəndaşın müraciətində yer almış konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.