Rəhbərlik “Kann” kinofestivalının tarixində ilk dəfə olaraq cinsi təcavüz ittihamı ilə aktyorun premyerada qırmızı xalçaya çıxmasına qadağa qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Söhbət fransız aktyor Teo Navarro-Mussidən gedir.
Belə ki, festivalın prezidenti Thierry Fremaux filmin prodüserləri ilə birlikdə aktyora ikinci dərəcəli rolda oynadığı “Case 137” filminin premyerasına getməyi qadağan edib.