“Dünyanın ən güclü insanı”ndan geriyə qalanlar - Fotolar

dunyanin-en-guclu-insanindan-geriye-qalanlar
Oxunma sayı: 6152

2017-ci ildə “Dünyanın ən güclü insanı” titulunu qazanan ingilis idmançı Eddi Holl 500 kiloqram “deadlift” rekordu ilə tanınır.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı idmançı səhhəti ilə bağlı problemlər üzündən arıqlamaq qərarına gəlib. İki ildə 38 kiloqram çəki atan Eddi 2017-ci ildə çap etdirdiyi kitabında idmanın onun şəxsi həyata təsirindən və çətinliklərindən yazıb. Davamlı olaraq ağırlıq qaldırmanın ailəsi və uşaqları ilə az vaxt keçirməsinə səbəb olduğunu deyən Eddi hər gününü yemək yeyib məşq etməklə keçirməyin belə stressə, depressiyaya yol açdığını qeyd edib.

Qidalanma rejimindən sıxıldığını yazan Eddi bundan sonra sağlam həyat tərzi keçirmək niyyətindədir. Əzələlərini formaya salan idmançı bu görünüşünü 40-50 yaşınadək saxlamaq niyyətində olduğunu deyib. Eddi bundan sonra bir qədər də çəki atmağı planlaşdırır.