Daha 60 günlük anlaşma? - Hörmüz açılır, minalardan təmizlənir...

daha-60-gunluk-anlasma
Oxunma sayı: 458

Danışıqlarda iştirak edən ABŞ və İran nümayəndələri anlaşma memorandumunun layihəsini razılaşdırıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Danışıqlarda iştirak edən ABŞ və İran nümayəndələri atəşkəs rejiminin müddətinin uzadılmasını və İranın nüvə proqramı üzrə danışıqların başlanmasını nəzərdə tutan 60 günlük anlaşma memorandumunu razılaşdırıblar, lakin hazırda sənədin ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiq edilməsini gözləyirlər”, - portal yazıb.

Sözügedən sənədin aşağıdakı bəndləri əhatə etdiyi bildirilir:

- Hörmüz boğazı açılır;

- İran 30 gün ərzində Hörmüz boğazını minalardan təmizləyir;

- ABŞ tərəfindən dəniz blokadası aradan qaldırılır;

- Hörmüz boğazından keçid üçün heç bir ödəniş alınmır;

- ABŞ və İran arasında atəşkəs rejimi 60 gün müddətinə uzadılır;

ABŞ İranın aktivlərinin dondurulmasının aradan qaldırılmasını və sanksiyaların götürülməsini müzakirə etməyi öhdəsinə götürür.

İran uranın zənginləşdirilməsi problemi və onun ehtiyatlarından imtina barədə danışıqlar aparmağı öhdəsinə götürür.  İranın nüvə proqramı üzrə danışıqlar başladılır. İrana mal və humanitar yardım əldə etməkdə köməklik göstərilməsi mexanizmi müzakirə edilir. 

Portalın məlumatına görə, memorandumun layihəsi mayın 26-da razılaşdırılıb.

“ABŞ nümayəndələri bildiriblər ki, İran tərəfi ölkə rəhbərliyinin təsdiqini aldıqlarını və sənədi imzalamağa hazır olduqlarını bəyan ediblər. İran bunu təsdiqləmir”, - nəşr iddia edir.